14 Yanvar 08:11
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" 2024-cü ildə ilk dəfə qlobal avtomobil satışlarında Almaniyanın premium markası "Audi"ni geridə qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

"Volkswagen AG"nin bir hissəsi olan "Audi" 2024-cü ildə 1,67 milyon avtomobil satıb ki, bu da bir il əvvəllə müqayisədə 12% azdır. Keçən il 1,79 milyon avtomobil tədarük edən İlon Maskın "Tesla"sı dünyada ən çox satılan avtomobillərdən biridir. Bu fonda "Audi" və digər alman avtomobillərinin satışları aşağı düşüb.

Avropada bir sıra ölkələrin elektromobillərin alınması üçün subsidiyaları kəsməsindən sonra elektriklə işləyən avtomobillərə tələbat aşağı düşüb.


Müəllif: Arzu

Oxşar xəbərlər