14 Yanvar 09:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,36% artaraq 2 688 ABŞ dollarına bərabər olub.

Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, ötən gün ticarət sessiyasının bağlanışında qiymətli metal -1.34% dəyər itirərək 2,678.60 dollardan realizə edilmişdi. Bu gün ticarət əməliyyatlarının açılışı isə 2,685.99 dollar təşkil edib.

COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,044% azalaraq 30,25 ABŞ dollarına bərabər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər