2024-cü ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 24 milyard 541,3 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 12% çoxdur.
Teleqaf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə qədər ölkədə 104 min 19 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.