Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin dekabr ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni dərc edib.
Teleqraf.com xəbər verir ki, yuxarı şikayət indeksində (qırmızı zona) 3 bank, orta şikayət indeksində (sarı zona) 6 bank, aşağı şikayət indeksində (yaşıl zona) 8 bank yer alıb. İndeksdə 17 bank göstərilib. Cədvəldə yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmayıb. Yuxarıda qeyd olunan kateqoriya üzrə göstəriclər şikəyət sayı və müştəri bazasına görə aylıq əsasda dəyişə bilər. Azərbaycanda 22 bank fəaliyyət göstərir.