"Smart Technical Solutionsutions" MMC ləğv edilib.
Teleqraf.com xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini bildirə bilərlər.
Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası tərəfindən ödəniləcək.
Qeyd edək ki, MMC mühəndislik, təmir, servis, avtomatika və elektrik mallarının satışı ilə məşğul olurdu.