Ötən il İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar 439,8 milyon manat həcmində 4685 ipoteka krediti verib.
Teleqraf.com Fonda istinadən xəbər verir ki, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.
2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52 530-dan çox ailə mənzil sahibi olub.