Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilkin ticarət qiyməti 1000 ABŞ dolları olan 200 min ədəd istiqraz buraxır.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Fond Birjasının Listinq Komitəsi bu gün qərar verib.
İllik gəlirliliyi 6 faiz olan istiqrazların ödəmə periodu 3 aydan birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.