ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0.51% azalaraq 1 barelə görə 80.51 ABŞ dolları təşkil edib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac edilməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.36% azalaraq 1 barelə görə 76.94 ABŞ dollarına bərabər olub.