09:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ötən ili 3,49 trilyon rubl büdcə kəsr ilə başa vurub. Bu da dollar ekvivalenti ilə 34,66 milyadr dollar deməkdir.

Teleqraf.com xəbər verir ki, Rusiya 2023-cü ili 3,24 trilyon rubl kəsrlə başa vurmuşdu.

Qeyd edək ki, Rusiya hökumətinin büdcə xərclərinin bu il 41 trilyon rublu keçəcəyi gözlənilir.

Mütəxəssislər dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiyanın büdcə kəsrinin əsas səbəbi kimi Ukrayna müharibəsi ilə əlaqədar artan hərbi xərcləri qeyd ediblər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər