12:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il 2023-cü iliə müqayisədə Hindistandan Azərbaycana gələnlərin sayı 2,1 dəfə atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, İspaniyadan gələnlərin sayı - 2 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz, Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6 faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37 faiz, ABŞ-dan - 35,1 faiz artıb.

2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər