12:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda üzüm yığımı 8,6 faiz azalıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə 2023-cü illə müqayisədə 19,4 min ton az - 205,1 min ton üzüm yığılıb.

Ötən il üzümün məhsuldarlğı da aşağı düşüb. 2023-cü ildə üzümün məhsuldarlığı hər hektara görə 113,3 sentner olduğu halda, bu göstərici ötən il 93,1 sentner olub.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər