Bu il qlobal iqtisadiyyatda sabit artım nümayişi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “EY” peşəkar xidmətlər şəbəkəsi baş direktorlar arasında apardığı sorğuya əsasən məlumat yayıb.
Məlum olub ki, sorğuda iştirak edən baş direktorların 73%-i öz şirkətlərinin artım perspektivlərinə inamlıdırlar. Bu göstərici sentyabrda 70, keçən ilin yanvarında isə 64% idi.
Vergilər, tənzimləmələr və ticarət rüsumlarının tətbiqi biznes dünyasının liderləri üçün əsas məsələ olaraq qalır. Bununla yanaşı, diqqətlər bazar ertəsi Ağ Evə qayıdan Prezident Donald Trampın siyasətinə yönəlib.
EY-in baş icraçı direktoru Canet Trunkale Dünya İqtisadi Forumunda CNBC-yə bildirib ki, Trampın prezidentliyinin hələ erkən günləri olsa da, qlobal baş icraçı direktorlar qarşıdakı il üçün inamlıdırlar.