ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıdışından Şimali Koreya lideri Kim Çen Inın məmnun qalacağına inanır.
Teleqraf.com xəbər verir ki, o, sələfi Barak Obamadan fərqli olaraq, ABŞ üçün əsas təhlükənin Şimali Koreya olmadığını bildirib.
Trampın sözlərinə görə, Amerika üçün Şimali Koreyadan da böyük təhlükələr var:
“Düşünürəm ki, Şimali Koreya yaxşıdır. Mən onunla dostluq edirdim, o, məni, mən də onu bəyənirdim. Çox yaxşı anlaşırdıq. Bunun böyük təhlükə olduğunu düşünürlər. İndi onlar (Şimali Koreya) nüvə dövlətidir, amma biz bununla məşğul olurduq, düşünürəm ki, mənim geri qayıtmağımdan məmnun olacaqlar”.
ABŞ lideri Şimali Koreya ilə anlaşmaq üçün imkanların olduğunu vurğulayıb.