14:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bolu şəhərində baş vermiş yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Xatırladaq ki, Bolu şəhərindəki Kartalkaya xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş vermiş yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər