Son 10 ildə yerli telekanallarda milli filmlərimiz 12 min 146 dəfə nümayiş olunub.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Kinorejissor Gildiyasından məlumat verilib.
Bildirilib ki, Gildiyanın apardığı tədqiqatların nəticəsi kimi 2013-cü ildən bu günədək yerli telekanallarda ən çox göstərilən film 210 dəfə nümayişlə “Bəyin oğurlanması” filmidir. Digər sıralanmada isə “Yol əhvalatı” (187 nümayiş), “Qaynana” (184 nümayiş), “Əhməd haradadır” (169 nümayiş), “Ulduz” (165 nümayiş), “Böyük dayaq” (160 nümayiş), “Sehirli xalat” (149 nümayiş), “Alma almaya bənzər” (145 nümayiş), “Bir qalanın sirri” (139 nümayiş) və “Uşaqlığın son gecəsi” (138 nümayiş) filmi yer alır.