13:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İKT İnkişaf İndeksi”nə görə Azərbaycan dünyada 170 ölkə arasında 91-ci yerdə qərarlaşıb.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycan 80.4 balla dünyada 170 ölkə arasında 91-ci yerdə qərarlaşıb. 2023-cü illə müqayisədə Azərbaycanın ümumi balında cüzi artım qeydə alınıb. Belə ki, ötən il ölkəmizin “İKT İnkişaf İndeksi” üzrə topladığı ümumi bal 79 olub.
Siyahıda ilk yerdə qərarlaşan ölkə isə Küveyt (100) olub. Sonrakı yerlərdə Finlandiya (98.1), Estoniya (97.9), Sinqapur (97.8), Qətər (97.8) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycana qonşu ölkələrdən Rusiya siyahıda 40 (90.6), Gürcüstan 58 (87.8), Türkiyə 62 (87.5), Ermənistan 69 (86.4), İran 84 (82.2), Ukrayna 88-ci (81) yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər