Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”nə (Network Readiness Index) görə dünyada 75-ci yerdə qərarlaşıb.
Teleqraf.com-un xəbərinə görə, ölkəmiz 46% nəticə ilə bu sırada yer alıb.
Qeyd edək ki, “Şəbəkə Hazırlığı İndeksi” ölkələrin informasiya və kommunikasiya texnologiyalarının (İKT) təklif etdiyi imkanlardan faydalanmaq qabiliyyətini ölçür. Bu indeks İKT infrastrukturunun, texnologiyaların istifadəsinin, iqtisadi və sosial təsirlərin səviyyəsini qiymətləndirir.
Məqsəd ölkələrin rəqəmsal transformasiyaya hazırlığını və İKT vasitəsilə innovasiyaların və inkişafın potensialını göstərməkdir. Əldə olunan yüksək göstərici bir ölkənin texnologiyadan uğurla faydalanma imkanlarının daha çox olduğunu göstərir.