27 Yanvar 12:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42 faiz artaraq 694,2 milyon manat olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bunun 65,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24 faiz olub (2023-cü ildə 20,1 faiz). Bu göstərici Şabranda 62,9 faiz, Naftalanda 46,1 faiz, Bakıda 39,3 faiz, Qusarda 27 faiz, Sabirabadda 23,7 faiz, Qəbələdə 23,5 faiz, Qubada 22,2 faiz, Ağstafada 19,2 faiz, Ağcabədidə 17,6 faiz, Beyləqanda 17,5 faiz, Şamaxıda 17,4 faiz, Lənkəranda 17,3 faiz, digər şəhər və rayonlarda isə 17,3 faizdən aşağı olub.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər