28 Yanvar 16:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar, yaşıl enerji dəhlizləri, COP29-un enerji təşəbbüsləri Daşkənddə keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının su və energetika nazirlərinin növbəti görüşündə müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulanıb.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazir müavinləri səviyyəsində müzakirələr keçirilib. Tədbirdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlara toxunulub. Görüşdə onlayn formatda iştirak edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Fuad Mosa Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinə ölkəsinin marağını bir daha ifadə edib və bu istiqamətdə COP29 çərçivəsində 4 ölkə arasında imzalanmış İcra Proqramından irəli gələn məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər