28 Yanvar 12:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il "Bakı Metropoliteni" QSC-nin "Əlçatan metro" layihəsindən 1,310 nəfər sərnişin faydalanıb.

Teleqraf.com Bakı Metropoliteni QSC-nə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 43 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilər.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər