Naxçıvanda ipoteka krediti alanların sayı çoxalıb.
Teleqraf.com Naxçıvan İpoteka Fonduna istinadən xəbər verir ki, 2024-cü ildə Naxçıvanda 2023-cü illə müqayisədə 25 nəfər çox - 71 nəfərə ipoteka krediti verilib.
İpoteka kreditlərinin həcminə gəlincə son 5 ildə ən çox kredit də 2024-cü ildə verilib - 5 milyon 267 min 792 manat. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çoxdur.
Eyni zamanada maliyyələşdirilmiş güzəştli və adi ipoteka kreditlərinin illər üzrə həcmində də artım olub. 2024-cü ildə verilən ipoteka kreditlərinin 3 milyon 402 min 713 manat güzəştli, 1 milyon 865 min 79 manatı isə adi kredit kimi verilib. Ötən il verilən kreditlərdən 70-i Naxçıvan şəhərinin, 1-i isə Şahbuz rayonunun payına düşür.