27 Yanvar 16:47
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Asiya ölkələri arasında ən yüksək orta əməkhaqqı Qazaxıstandadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “ranking.kz” analitik saytı məlumat yayıb.

Saytda bildirilib ki, ötən ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstanda orta nominal əməkhaqqı Özbəkistan (437,8 dollar) və Qırğızıstanla (411,2 dollar) müqayisədə təxminən iki dəfə çox - 817,2 ABŞ dolları olub. Tacikistandaki əməkhaqqı (242,8 dollar) isə Qazaxıstandakı göstəricidən 3,4 dəfə az olub.

Minimum əməkhaqqı da Qazaxıstanda digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yüksək olub. Qazaxıstanda 2023-cü ildə 181,1 ABŞ dolları olan minimum əmək haqqı, Özbəkistanda 89,4 dollar, Tacikistanda 54,9 dollar, Qırğızıstanda isə cəmi 28,3 dollar olub.

Qazaxıstanda minimum əməkhaqqının orta əməkhaqqıya nisbəti 21,8%, Qırğızıstanda 6,9%, Tacikistanda isə 30,9% təşkil edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər