İqtisadiyyat naziri Mikayıl Cabbarov Ankaraya səfəri çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, dost ölkə ilə birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayıblar.
Tərəflər eyni zamanda bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparıblar.