2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət il ərzində 594 milyon 399 min manat sığota haqqı toplayıb.
İkinci sırada 317 milyon 560 manatla “Paşa Sığorta” yer alıb. Üçüncü sırada “Atəşgah Həyat Sığorta” şirkəti 90 milyon 939 min manatla premium qazanıb. Sığorta haqlarının rekinqində “Qala Sığorta” ASC 79 milyon 351 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 76 milyon 436 min manatla beşinci sırada qərarlaşıb.
Ümumilikdə, il ərzində bütün sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqqı toplanıb.