10 İyun 2015 14:55
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət Sosial Müdafiə Fondunun internet saytı üzərindən bütün əhalinin məlumatlandırılması işi aparılır. Hər bir şəxs üzrə ödənilən sosial sığorta haqları məbləği barədə vətəndaşlar müraciət edərək fərdi hesabları barədə məlumatlar əldə edə bilərlər".

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, burada əsas məqam vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində olan boşluqlar Fonda məlumdur: "Yəni bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmürlər yaxudda ümumiyyətlə hesabatı təqdim edərəkişçilər üzrə fərdi məlumatları fondun orqanlarına vaxtında vermirlər. Məhz bu problemlərlə bağlı əhalini məlumatlandırmaq istəyirik ki, onlar hesablarına daxil olaraq müvafiq aylar üzrə vəsaitlərinin oturmadığını görüb öz işəgötürənləri üzərinə ictimai nəzarəti reallaşdırsınlar. Lakin bəzi hallarda vətəndaşlar bu məlumatı görüb yenə də fondda məbləğin oturtmadığı iddialarını səsləndirirlər. Biz bütün baş verənləri bilirik. Ona görə də vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, onlar məlumatlardan faydalanaraq öz işəgötürənlərin üzərində nəzarəti tənzimləyə bilsinlər. Hazırda bizdə 3 milyondan artıq sığorta olunan şəxs var. Ona görə də onların hər birini fərdi nəzarətçiyə çevirməklə bu sahədəki boşluqları aradan qaldıra bilək".

Ayxan


Müəllif: