Mərkəzi Bank bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, dolların rəsmi məzənnəsi manata nəzərən sabitləşib. Hazırda bir dollar dünənki məzənnəyə uyğun 1.0488 manat təşkil edir. Avronun məzənnəsi yenə zəifləyərək 1.619 manat olub.
Gürcü larisi də üzü aşağı start götürüb. Lari 0.4508 manat olub.
Rublun dəyəri isə dollar kimi sabit qalıb. Bir rubl 0.0161 manat təşkil edir. Türk lirəsi 0.3649 manata düşüb.