5 Mart 2016 14:28
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunun Bum kəndinə təbii qaz verilib.

Bu barədə Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir.

R.Abdullayev martın 5-də Qəbələ rayonunun Bum kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.

Milli Məclisin üzvü Fəttah Heydərovun, SOCAR rəhbərliyi təmsilçilərinin, Qəbələ rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri qatıldığı mərasimdə bildirilib ki, 1264 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1875 metr uzunluğunda müxtəlif diametrli polietilen və 80609 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1264 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.

Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər