Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, bu vəsaitdən 49,7 milyon ABŞ dolları məbləğində vəsait 28 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.