6 May 2016 17:12
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 502 255 ton Azərbaycan nefti nəql olunub.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 815 567 ton (ötən ilin analoji dövründə 9,56 milyon t) neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il may ayının 1-nə qədər BTC-yə 302 490 956 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin aprel ayında BTC kəməri ilə 350 862 ton Türkmənistan nefti nəql olunub.

2016-cı ilin aprel ayı ərzində 2 251 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 128 973 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 088 919 ton (ötən ilin analoji dövründə 9,24 milyon t) təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-nə qədər Ceyhan limanından 301 282 269 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Müəllif:

Oxşar xəbərlər