Məşhur müğənni Britni Spirs “Flaunt” jurnalına maraqlı açıqlamalar verib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı ifaçı ətrafında çox insan olanda əsəbiləşdiyini və səs-küylü partilərə getməyi xoşlamadığını deyib.
Amerikalı müğənni Cənnətin varlığına inandığını, buna görə də yardıma möhtac insanlara kömək etməli olduğunu söyləyib.
Spirs, mahnıları haqqında isə bunları deyib:
“Bəlkə də gülməli səslənəcək, amma öz mahnılarıma qulaq asmıram. Sadəcə onların hazırlanma prosesi ilə maraqlanıram”.