29 Sentyabr 2016 10:00
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 90 faizi qurumuş Urmiya gölünə diqqəti çəkmək üçün daha bir ictimai kampaniya başlanır. Avqust ayının sonlarından sosial şəbəkələrdə başlamış "Mən Urmiya gölüyəm" adlı kampaniyanın məqsədi bir milyon imza toplayıb gölün qurumasının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatında müzakirəyə nail olmaqdır.

Haştaq sosial şəbəkələrdə yayılmağa başlayıb. Kampaniyaya hamıdan öncə qoşulmuş aktyor Rza Kianian çoxlu aktyor, siyasətçi və idmançını da ruhlandırıb. Kianian sosial şəbəkədə yazdığı statusunda deyir: "Biz gölümüzü qoruya bilsək, özümüzü qorumuş olacağıq".

O, dünən sentyabrın 27-si qatıldığı bir radio verilişində deyib: "Biz bir milyon imza toplaya bilsək Urmiya gölünü modern texnologiyalar və üsullardan istifadə edərək bərpa edə bilərik".

Bu Urmiya gölünün xilası üçün keçirilmiş ilk kampaniya deyil. Bundan öncə İran siyasətçiləri, deputatları, başda Həsən Ruhani olmaqla sosial şəbəkədə gölün xilas olunması ilə bağlı çağırışlar səsləndirmişdilər. Hətta Hollivud aktyoru Leonardo Di Kaprio da may ayında Urmiya gölünün xilasına dəstək üçün instaqramda gölün şəklini paylaşmışdı.


Müəllif:

Oxşar xəbərlər