AzTV-nin keçmiş aparıcıları Ceyran Rəhimova, əməkdar artist Nailə İslamzadə və Tamella Ələkbərova “5/5” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, aparıcılar televiziyanın yaranmasının 60, radionun isə 90 illiyi münasibətilə bir araya gəlib, həmkarlarını təbrik ediblər.
T.Ələkbərova 40 il televiziyada çalışdığını söyləyib.
Qeyd edək ki, N.İslamzadə hazırda Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyir.