Kənan Doğulu həyat yoldaşı aktrisa Beren Saatla birgə yol polislərinin hədəfi oldu.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük avtomobillə gecə istirahəti zamanı yol polisləri tərəfindən saxlanılıb.
Yol polisi Kənanın sərxoşluq vəziyyətini müəyyənləşdirmək istəyib. Amma Kənan bunu etməmək üçün uzun müddət dirənib. Cəhdləri fayda verməyən Kənan alkotestin nəticələrinə görə 47 promil içkili olub.
Baş verənləri izləyən Beren Saat yol polisinə “Nə lazımdırsa edin, sonra gedək” deyərək soyuqqanlılığını qoruyub.
Pərvin