30 Yanvar 2017 15:26
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ARB TV"nin "Evgördü" verilişi müğənni Əlikram Bayramovun evində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı ailə qurmasından danışıb: "2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Ailədə kişinin sözü keçər, xanım kimdir? Qadın evində xanımlığını etsin".

Daha sonra müğənni qonşularla olan münasibətindən və evindən danışıb: "Qonşularla münasibətim yaxşıdır. Qonşu ilə nə problemim ola bilər ki? Evi bir dəfə tikirsən. O evi də elə tikməlisən ki, uşaqlar da rahat yaşasın. Bu evi 5-6 ilə tikmişəm. Qardaşım pul qoyub tikib, sonra mən yavaş-yavaş ona qaytarmışam".


Müəllif:

Oxşar xəbərlər