24 Fevral 2017 15:18
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın gəlini Arifə Nadirova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Bu gün İlhamə xanımın il mərasimidir. Onu necə xatırlayırsınız?

- Artıq bir ildir İlhamə xanım dünyasını dəyişib. Buna inana bilmirəm. Qəflətən dünyasını dəyişdi. Allah rəhmət eləsin! Heyif, dahi bir insan həyatdan getdi. İnanmıram ki, kimsə onu, ailəmizdə və müğənnilər içində əvəz edə bilsin.

- Nəvəsi Ruslanı çox sevirdi...

- Bəli, Ruslanı çox sevirdi. “Ruslanım” deyirdi. Ruslan evdə İlhamə xanımın mahnılarına qulaq asır. Əvvəllər video çəkmişdik; Ruslan pianinoda çalırdı, o da oxuyurdu.

- İlhamə xanım necə qaynana idi?

- Onun qaynana olduğunu hiss etməmişdim. Çünki çox yaxşı münsibətlərimiz vardı. Daha çox ana, dost münasibətində idik. Qaynanalıq məsafəmiz yox idi. Evdə tamamilə başqa insan idi.

- İlhamə xanım çox güclü idi, hegemon insan təsiri bağışlayırdı. Ailədə necə idi?

- Evdə çox sadə qadın idi. Ailənin içində tamamilə başqa idi. Heç vaxt münasibətimizdə problem olmayıb. Kənarda elə olmalıdır. Hər insanla deyib-gülmək olmur ki...

- Ondan çəkinirdiniz?

- Yeni-yeni İlhamə xanımdan çəkinirdim, sonra münasibətimiz normallaşdı.

- Oğlunuz Ruslan üçün ev almaq istəyirdi?

- Bəli, ev almaq istəyirdi. Hətta Ruslan üçün böyük məclis qurub, ev hədiyyə etməyə hazırlaşırdı. Əslində, deyirdi öz yaşadığı ev də Ruslanındır. Ruslana royal hədiyyə etmişdi ki, öyrənsin.

- Mirasa görə Orxan bəy ali məhkəməyə müraciət edib…

- O məsələyə qarışmamağa çalışıram.

Rəqsanə


Müəllif: