Amerikalı aktrisa Skarlet Yohanson həyat yoldaşı Romen Doriakdan ayrılmaq üçün məhkəməyə müraciət edib.
Aktrisanın əsas tələbi Doriak ilə evliliyindən dünyaya gələn 3 yaşlı qızının himayədarlığını öz üzərinə götürmək istəməsidir.
Lakin Romen Skarletlə razılığa gələ bilmir və o, qızı ilə Fransaya getmək niyyətindədir.
Qeyd edək ki, cütlük uzun müddət görüşsə də, 2014-cü ildə qızları dünyaya gəldikdən sonra münasibətlərini rəsmiləşdirib.
/Axsam.az/