9 Dekabr 2017 20:31
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toy super keçdi. Müğənnilərin orda olması elə maraq qatırdı. Şəkil çəkdirmədim. Heç vaxt şəkil çəkdirmirəm mən bəy gəlinlə. Media işçiləri olmasa yaxşıdı. Bir də görürsənki elə xoşagəlməz şey yazır ki, narazılıq olur.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva ARB TV-nin “Günə son” proqramında Manaf Ağayevin oğlunun toyu haqqında danışarkən bildirib.

Müğənni, qızının tezliklə baş tutacağı toyundan da söz açıb.

“Bizdə də media olmayacaq. Gəlməkləri məsləhət deyil. Gələr, nəsə narazılıq olar. Qoruyub saxlamışam bu vaxta kimi. Qız anasıyam, narahatçılıq olmasın. Media bizdən küsməsin. Onlar bizdən güclüdülər. Elə toylar varki məxfi olur. Sizin də balanızın toyu olsa istəməzsiz ki, onalr açıqlansın”, - deyə Mənzurə Musayeva bildirib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər