9 ildir birlikdə yaşayan və 6 övladları ilə birgə xoşbəxt yaşayan Ancelina Coli və Bred Pitt cütlüyü eşqlərinin uzunömürlü olmasının sirrini açıblar.
Cütlüyün film çəkilişləri üçün fərqli ölkələrdə və ya şəhərlərdə olduqları vaxtlarda bir-birlərinə məktub göndərdikləri məlum olub.
Bu məlumatı Ancelina Coli də təsdiq edib.
Cazibədar aktrisa Avstraliayanın televiziya kanallarından birində qonaq olarkən nişanlısı Bred Pittlə qədim dövrlərdəki kimi məktublaşdıqlarını etiraf edib.
39 yaşlı aktrisa texnologiyanın insanları yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırmasından şikayətlənib: "İnsanlar eşqi keçmiş dövrlərdəki kimi yaşamır. Biz məktublaşaraq bir-birimizi nə qədər sevdiyimizi xatırlayırıq. Bu, əsl romantikadır. Məktub bizi bir-birimizə yaxınlaşdırır. Uzunömürlü sevgi münasibəti üçün bu, vacibdir”.
Tabloid.az