Türkiyəli məşhur aktrisa Gökçə Bahar xoşbəxt və pozitiv olması səbəblərindən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aktrisa böyüdükcə insanın həyata başqa cür baxdığını bildirib.
Onun sözlərinə görə, bütün pisliklər keçicidir:
"Yaxşı enerji ilə gördüyüm işin yaxşı da getdiyinə inanıram. Möcüzələrə inanan insanam. Öz pulumu qazanıram, azadam, maddi baxımdan kimsəyə möhtac deyiləm. Təbii ki qadın ailə də qurmalı, uşağı da olmalı. Amma həyatın hansı mərhələsində olursan ol azad və güclü olmaq. Kimdənsə asılı olmamaq xoşbəxt olmaqdır".