Türkiyəli məşhur müğənni İbrahim Tatılsəs oğlunun öldürüləcəyi ilə təhdid edilib.
Teleqraf.com “Sabah”a istinadla xəbər verir ki, sənətçi iyunun 28-də özünün və oğlunun albomlarının satışı ilə məşğul olan şirkətə gedib. Sarıyerdə yerləşən şirkətin telefonuna gizli nömrədən zəng gəlib. Naməlum şəxs “İbrahim Tatlısəsin oğlu İdonu öldürəcəyik” söyləyib. Vəkili vasitəsiylə artıq polisə müraciət edən İbrahim oğlunun can və mülk təhlükəsizliyinin qorunmasını istəyib.
Vəkilin sözlərinə görə, İbrahim və oğlu dəfələrlə ölümlə təhdid ediliblər.