2 Oktyabr 2018 22:26
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Tacir Şahmalıoğlu müzakirə doğuran açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, ifaçı "Şou ATV" verilişində bildirib ki, meyxanaçının musiqili meyxana ifa eləməsi gülüncdür:

"Meyxananı həmişə xoşlamışam. Meyxanaçılara çox böyük hörmətim var. Amma indi onlar oxumaq stilinə keçiblər. Onlara müraciət edirəm ki, bu, çox gülməli çıxır. Meyxana başqa şeydir – səviyyəli folklordur.
Niyə səviyyəni aşağı salırsınız? Meyxanaçı kimi qal, xalq da səni sevsin. İndi onsuz hamısı elədir. Meyxanaçı kimi gəlir, sonra mahnı yazdırır. Nə qədər oxusan da məndən yaxşı oxumayacaqsan".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər