Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasında qalmaqal böyüyür.
Teleqraf.com-un məlumatına görə, rəqqasə Oksana Rəsulova bu gün “Hər şey daxil” verilişinə qonaq olub. Bu zaman isə Nura Suri efirə qoşularaq, rəqqasə haqqında fikirlər səsləndirib: “Sən mənim adımı nəinki çəkə bilməzsən, hətta haqqımda fikirləşə belə bilməzsən..."
Qeyd edək ki, tərəflər arasındakı qalmaqal Oksanın maqazin verilişində “Ana olacağım barədə xəbər bir müğənni tərəfindən mətbuata ötürüldü” deməsindən sonra yaşanmışdı. Nura isə onun bu sözlərinə sosial şəbəkədə status yazaraq cavab vermişdi: “Deməli, hansı məşhurun mətbuat katibi işlədiyi saytda xəbər yazırsa, yazdığı xəbərləri həmin adam ötürür? Təzə söhbətdir bu? Seymur Zakaryayevlə işləmişəm, Tahirə ilə, Türkanla 8 il işləmişəm. İndi də Pərvizlə.
Mənimlə işləyən müddətdə paralel başqa müğənnilərlə də işləyən olub, hətta başqa müğənninin saytından da mətbuat katibim olub. Bir dəfə də olsun, ağlıma gəlməyib ki, onlardan nədəsə şübhələnim.
Həyat Hollivud filmi deyil, hamını casus saymaq olmaz, siz də böyük əhəmiyyətli insan deyilsiniz. Biri estetik əməliyyat edir, xəbəri xəstəxanadan ötürürlər, saytda xəbər çıxır, mənə zəng edirlər ki, sənin mətbuat katibin yazıb.
Əvvəla, o adam xəbəri işlədiyi saytda yazıb, mənim şəxsi səhifəmdə yox. Mən haradan bilim bu xəbəri ona kim və niyə ötürüb? Ümumiyyətlə, heç mənim dostum da deyilsən ki, sənin hamıdan gizli saxladığın xəbərdən xəbərdar olum. Çox elə yadıma düşürsünüz axı. Niyə sizin hansısa mənasız xəbəriniz mənə maraqlı olsun?
Birinin başqa saytda hamiləlik xəbəri çıxır. Heç mətbuat katibimin o sayta aidiyyəti yoxdur, deyirlər ki, Nura deyib, yazıblar. O biri məşhurun hamiləlik xəbəri çıxır, halbuki heç münasibətim də yoxdur. Görəndə ancaq salamlaşa bilərik. Nə var ki, bu xəbəri mətbuat katibim yazıb, deyirlər ki, Nurayla işləyir, o, ötürüb xəbəri. Sizin başınız xarabdır. Siz xəstəsiniz, nəsiniz?
Xəbəriniz olsun ki, bütün məşhurların mətbuat katibi var. Mətbuat katibi ancaq mənə aid olan xəbərlərə cavabdehdir. Jurnalist kimi yazdığı xəbərlərin mənə dəxli yoxdur. Əgər haqqımda belə düşünürsüzsə, bu, sizin probleminizdir.
Məni şou-biznesi və mətbuatı idarə edən adam kimi görürsünüz. Zatı qırıq insan ancaq gözü ilə görmədiyi və 100 faiz əmin olmadığı söhbəti danışa bilər. Özü buna qadir olan insan belə alçaqlığı ağlına gətirə bilər.
Bizim ailədə belə adamlar olmayıb, qəhrəmanlar, müəllimlər və hərbçilər doğulub. Siz kimin haqda nə danışdığınıza diqqət edin. Yalanın və ... qırx gün ömrü var, onsuz da açılacaq”.