25 Oktyabr 2018 22:08
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla onu tənqid edən həmkarları Elza Seyidcahan və Nadir Qafarzadənin cavabını verib.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Ən yaxşısı” verilişində bu sözləri deyib:

“Elza xanım və Nadir bəy anamın ən sevimli sənətçiləridir. Elza xanım efirdə mənim barəmdə danışdı. Evə getdim, anam susurdu. Sevdiyi müğənni barədə bir şey demək istəmirdi. Qızıyam, mənə də canı yanırdı.

Bir müddət keçdi, Nadir Qafarzadə dedi ki, radioda Damlanın səsi gəlsə, dalğanı dəyişərəm. Qətiyyən Nadir bəyin fikirlərindən incimədim. Bu dəfə anam gəlib mənə dedi ki, mən onları çox istəyirəm, niyə belə danışırlar?

Anama söylədim ki, onları sevməyə davam et. Kimsə məni sevmək məcburiyyətində deyil”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər