Prodüser Tolik ( Tarix Əliyev ) mərhum xalq artisti İlhamə Quliyeva barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, prodüser “Hər şey daxil” verilişində bildirib ki, bir çox şou-biznes əhli İlhamə Quliyevanın ölümündən sonra əsassız sözlər danışır: “Orxan türmədədir, indi deyirlər ki, İlhamə Quliyevanın da borcu var. İlhamə sağ olanda hansınızın cürəti çatardı ki, nəsə danışasız... İlhamə gələndə hamınız ayağa qalxırdınız. Pişiyinə o qədər hörmət qoyurdunuz ki, pişiyi başınızda gəzdirirdiz. Bu sözü kişili, arvadlı hamınıza deyirəm.
İlhamə ölüb deyə hamısı çıxıb efirdə özünü reklam edir. Siz indi hansı toydan danışırsız? İlhamənin oğlunun toyunu mən eləmişəm. Məclisin pulunu, 15 min manatı Moskvada yaşayan adam verib. İndi nə boş-boş danışırsız? Hamınızı yerinizdə otuzduracam”.