10 Sentyabr 2014 20:28
595

“Oskar” mükafatçısı Cennifer Laurens qazandığı mükafatlarla rekord qırmağı bacardı.

Son günlərdə internetə sızan çılpaq fotoları ucbatından çətin günlər yaşayan Cennifer ötən il “Oskar”dan “BAFTA”ya kimi film dünyasının bir çox əsas mükafatlarını qazanıb.

“X-Men”, “Ümid işığım” və “Aclıq Oyunları” kimi filmlərlə dünyada tanınan Laurens indi də “Ginnesin rekordlar kitabı”na düşüb.

Ailem.az-ın “Vanity Fair”ə istinadən xəbərinə görə, Laurens “Ginnesin rekordlar kitabı” tərəfindən “Ən çox qazanan auksion qadın qəhrəmanı” elan edilib.
Laurensin baş rolda oynadığı “Aclıq oyunları” filmi isə “Ən çox qazanan qiyamət sonrası mövzulu film” olaraq bu kitaba düşüb.


Müəllif:
Загрузка...