“Gəlin paltarı geyinmək istəyirəm, amma böyük oğlum var. Düşünürəm ki, bundan sonra ayıbdır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Xatun Əliyeva şəxsi həyatından danışarkən deyib.
Xatun Əliyeva düşmən olduğu həmkarı Rəqsanə İsmayılovaya söz atmasına da münasibət bildirib: “Rəqsanəyə söz atmamışam. Sadəcə Beyonsla eyni bağçaya getmişik... (Gülür). Mən heç kimə söz atmıram və ad çəkmirəm. Sadəcə mənə cavab verməyi xoşlayırlar... Elə bil gözləyirlər ki, Xatun müsahibə versin”.
Qeyd edək ki, Xatun Əliyeva bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşının ona Cennifer Lopezin evindən tikdirdirməsinə söz atmışdı. O, mətbuata açıqlamasında “Mənim evimə xoş gəlmisiniz. Beyonsun dizaynıdır. Bizim Beyonsla münasibətimiz gözəldir” demişdi.