6 Fevral 2020 16:46
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet layihələrini təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, hər iki məşhur bu dəfə “Sevgilim” adlı mahnını ifa edib.

Sözügedən bəstənin müəllifi Jay Hun, aranjimanı Xalis Xana məxsusdur.

Röya və Miri Yusif “Sevgilim”ə klip də çəkdiriblər. Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər.

Ekran işi Qəbələnin Laza kəndində bir günə lentə alınıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur.

Klip bu gün Röyanın rəsmi “Youtube” kanalına yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova