10 Fevral 2020 18:10
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Nataliya Portman “Oskar” mükafatlandırma gecəsində geyimi ilə hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Nataliya Portman gecəyə mükafata layiq görülməyən qadın rejissorların adı həkk edilmiş əlbisə ilə qatılıb.

Portmanın əlbisəsində Loren Skafaria, Mariel Heller, Lulu Van, Alma Harel, Mati Diop və sair kimi məşhurların adı qeyd edilib.

Bununla aktrisa “The Farewell”, “Booksmart”, “Little Woman” kimi iddialı filmlərin qadın rejissorlarının diqqətdən kənar qalamasına etiraz edib.

Aktrisanın qar rəngli əlbisəsi gecənin ən çox müzakirə edilən geyimi olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər