5 Aprel 2020 14:37
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Evdə otumuşuq, normal həyat yaşayırıq və öz işlərimizlə məşğul olmağa çalışırıq.

O qədər çəkilişdə, işdə olmuşam ki, bəzi işlərim evdə yığılıb qalmışdı. Ona görə də yavaş-yavaş öz işimlə məşğul oluram".

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib.

O, evdə yaradıcılığı ilə məşğul olduğunu açıqlayıb:

"Qızlarım ailələri ilə öz evlərində oturublar. Onlarla görüntülü danışıram. Özüm isə evdə kitab oxuyuram, televizora baxıram.

Əsas odur ki, bu vəziyyətdə özünü itirməyəsən. "Evdəqal" deməklə səni məhbus etməyiblər ki... Həm də dövlətimizi, həkimlərimizi fikirləşmək lazımdır, biz böyül bir ailəyik. Necə ki, balalarımızı düşünürük".

Əməkdar artist onu da deyib ki, hər kəs xəstələnsə həkimlərimiz onun öhdəsindən gələ bilməz:

"Bu demək deyil ki, koronavirusdan ölən çoxdur. Amma elə bir xəstəlikdir ki, ətrafındakı hər kəsi yoluxdurursan.

Elə bilirsiniz ki, mənə çətin deyil. Bizim binada eyvan da yoxdur. Pəncərədən baxıram, küçədə adam yoxdur.

Evdə mən və həyat yoldaşımdır. Amma şükür allaha internet var və bütün dünya ilə onlayn danışmaq mümkündür. Ona görə də ruhdan düşmək olmaz.

Hər birimizin vətəndaş kimi borcu odur ki, evdə qalsın. Özündən başqa adamları da fikirləşməlisiniz. Bu da insanın mədəniyyətidir. Ağıldan kəm olasan ki, virusa inanmayasan.

Baş verənləri televiziyalarda göstərirlər axı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər