Xalq artisti Miri Yusif şəxsi həyat və yaracılığı haqqında maraqlı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Miri Yusif İnstaqramda sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
- 4 il Amerikada yaşamağınızın həyatınızda nə kimi rolu oldu?
- Həyatımın ən böyük karantini idi. Böyük şəhərdə kimsəsiz və pulsuz idim. Bu məni həyatda bərkitdi və nəyəsə nail olmaqda kömək etdi.
- Həyatınızda həyat yoldaşınız Nərgiz xanım olmasaydı, yenə də sevgi dolu mahnılar yazardınız?
- Onu təsvir edib, yazardım.
- Həyat yoldaşınızla bir-birinizi qısqanırsınız?
- Buna səbəb yoxdur.
- Qadınları bir rəng olaraq təsvir etsəniz, Nərgiz xanım hansı rəng olardı?
- Ən sevdiyim rəng göy rəngdir.
- Sevgi yoxsa qürur?
- Sevgi...
- Nərgiz xanıma sevginizi bir kəlmə ilə necə anladarsınız?
- Səndən bir dənədir.
- Özünüzü belə bir zirvəyə çatacağınızı təsəvvür edirdiniz?
- Bu zirvə uşaqlıqdan məni çağırırdı. Anlaya bilmirdim ki, bu zirvənin səsidir. Çox incə səsdir, həm də nazlıdır.
- Həyatda nə üçün yaşayırsınız?
- Həyatda şan-şöhrət məni maraqlandırmır.
- Haqsızlıq qarşısında susduğunuz zaman olub?
- Olub və indiyə qədər də susduğuma görə peşmanam.
- Dünyada ən böyük qüvvə nədir?
- Sevgi-Allahdır.
- Aprelin 11-də Gəncə Dövlət Flarmoniyasında baş tutacaq konsertinizin aqibəti necə oldu?
- Alınan biletlər qüvvədədir. Konsert dekabrın 21-də baş tutacaq.
- Niyə bayağı müğənnilər çoxdur?
- Onlar da olmasa darıxardıq.